KİMİ
KİMSƏ
OBASTAN VİKİ
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. == Yaş == 6-14 == Oyunçuların sayı == 5-8 nəfər. == Oyun qaydası == Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Məni kimin öldürdüyünü bilirəm (film, 2007)
Məni kimin öldürdüyünü bilirəm (ing. I Know Who Killed Me) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. 2007-ci ildə premyerası baş tutan bu filmin büdcəsi 12 milyon dollardır. == Məzmun == Balaca bir qəsəbədə bir-birinin dalınca gizli qətllər baş verir. Gənc qızları hədəf alan qatil onlara işgəncələr verdikdən sonra öldürür. Ebri Fleming adlı gən qız da bu qəsəbədə yaşayır. Gələcək üçün planlar cızan Ebri gözləmədiyi anda həmin qatilin qurbanına çevrilir. Qatil tərəfindən işgəncələrə məruz qalaraq bir barmağını, sağ ayağını və sağ əlini itirir. Lakin qaçmağa müvəffəq olan Ebri xəstəxanada ayıldığı vaxt özünün Ebri olmadığını və sadəcə ona oxşadığını israr edir. Tramma almış Ebri, indi hər şeyi aydınlaşdırmağa çalışacaq.